Xalq artisti səhnədə yıxıldı, əməliyyat olundu

17:16 18.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Rafiq Əzimovun Lənkəranda qastrol səfəri zamanı başına iş gəlib.

Hafta.az Qafqazinfo-ya istinadən xəbər verir ki, 85 yaşlı sənətkar “Qarabağnamə” tamaşasının nümayişindən sonra yıxılıb, ayağını zədələyib.

R.Əzimov təcili əməliyyat olunub. Hazırda evdədir, vəziyyəti yaxşıdır. 

Məlumatı teatrın mətbuat xidmətindən saytımıza təsdiqləyiblər.